ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

ISO 50001:2018 “Enerji menecment sistemləri - Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər" standartı əsasında daxili auditor təlimi keçirilib.
16 May, 2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO 50001:2018 Enerji menecment sistemləri - Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər " standartı əsasında daxili auditor təlimi  keçirilib.

06-08 may tarixlərində keçirilən təlimin məqsədi dövlət və qeyri-dövlət müəssisələrində iş fəaliyyətinin beynəlxalq standartın tələblərinə uyğun təşkil olunması, enerjinin idarəedilməsi sahəsində səmərəliliyin əldə edilməsi və bu sahədə işləyən personalın səriştəliliyinin və peşəkarlığının artırılması olub.

 Təlimdə  Azərbaycan Standartlaşdırma İnstitutu, “PMD Projects” MMC, “Azpetrol Ltd” MMC, "BUREAU GILAS" ММС, “SMTS” MMC, “Azərisafe Solutions” MMC, “Azinvest Inşaat” QSC, “Construction Engineering” QSC və “Bakı Business Group” MMC-nin əməkdaşları iştirak edib.

Yekunda imtahandan uğurla keçən iştirakçılara təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim edilib.

 

 

Tarix:

16 May, 2024