ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

İSO 9001:2015 ”Keyfiyyəti İdarəetmə Sistemi. Tələblər” standartı əsasında təlimin keçirilməsi barədə məlumat
4 Aprel, 2022

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi - İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanı 18-22 aprel 2022-ci il tarixlərində İSO 9001:2015 beynəlxalq standartı üzrə təlimin keçirilməsini planlaşdırır.

 

Təlimin məqsədi:

- məhsulların və xidmətlərin rəqabətə davamlılığının artırılması;

- qanunların və normativ sənədlərin tətbiqinin təmini;

- maraqlı tərəflərlə qarşılıqlı səmərə əsasında işləmə;

- texnoloji avadanlıqlardan səmərəli istifadə;

- öz fəaliyyət sahəsi üzrə regional liderlik;

- müştərilərin məmnunluğunun təmini;

- kadrların səriştəliliyinin təmini;

- beynəlxalq tenderlərdə iştirak;

- riskləri qiymətləndirmə.

 

Beynəlxalq standartların (İSO) təlimi və tətbiqi təşkilata tədarükçülər və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləməyə, normativ-texniki sənədlərin və qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, kadrların səriştəliliyinin artırılmasına, infrastrukturunun işçi vəziyyətdə saxlanılmasına, uyğunsuzluqların idarə olunmasına, korreksiyaedici tədbirlərin tətbiqinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və sifarişçilərin məmnunluğunun təmin edilməsinə imkan verir.

 

Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

 

Qeydiyyat üçün əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri - Saday Əliyev, (+994 12) 514 96 03 (dax tel: 115)

E-mail:office@azstand.gov.az

s.aliyev@azstand.gov.az

mob:+994 50 312 15 49

 

 

 

 

Tarix:

4 Aprel, 2022