ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

İSO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” daxili auditor təlimi keçiriləcək
18 İyul, 2023

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi - İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanı 31 iyul - 04 avqust 2023-cü il tarixlərində İSO/IEC 17025:2017 beynəlxalq standartı üzrə təlimin keçirilməsini planlaşdırır.

Təlimin məqsədi:

- laboratoriyaların sınaq və ya kalibrasiya predmetlərinin birmənalı identifikasiyası üçün sistemin təmin edilməsi;
- sınaq və kalibrlənmə laboratoriyalarında aparılan xidmətlərdə riskləri qiymətləndirmək və onların mənfi təsirlərini buraxıla bilən səviyyədə saxlanmasının təmini;
- laboratoriya xidməti sahəsində müştərilərin məmnunluğunun təmini;
- qanunların və normativ sənədlərin tətbiqinin təmini;
- kadrların səriştəliliyinin təmini;
- maraqlı tərəflərlə (müştərilər, təchizatçılar, podratçılar, dövlət orqanları və s.) qarşılıqlı səmərə əsasında işləmə;
- laboratoriyalarda materiallardan və texnoloji avadanlıqlardan səmərəli istifadənin təmini;


Beynəlxalq standartların (İSO) təlimi və tətbiqi təşkilata tədarükçülər və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləməyə, normativ-texniki sənədlərin və qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, kadrların səriştəliliyinin artırılmasına, infrastrukturunun işçi vəziyyətdə saxlanılmasına, uyğunsuzluqların idarə olunmasına, korreksiyaedici tədbirlərin tətbiqinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və sifarişçilərin məmnunluğunun təmin edilməsinə imkan verir.


Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.


Qeydiyyat üçün əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri - Saday Əliyev, (+994 12) 514 96 03 (dax tel: 115)

E-mail:office@azstand.gov.az
s.aliyev@azstand.gov.az
mob:+994 50 312 15 49
 

Tarix:

18 İyul, 2023