ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“İSO/İEC 17025:2017 Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər” standartı əsasında təlimin keçirilməsi barədə məlumat
9 Avqust, 2022

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi - İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanı 28 avqust - 2 sentyabr 2022-ci il tarixlərində onlayn formatda “İSO/İEC 17025:2017 Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər” beynəlxalq standartı əsasında təlimin keçirilməsini planlaşdırır.

Təlimin məqsədi:

“İSO/İEC 17025:2017 Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər” standartı üzrə təlim:

- laboratoriyaların sınaq və ya kalibrasiya predmetlərinin birmənalı identifikasiyası üçün sistemin təmin edilməsini.

- sınaq və kalibrlənmə laboratoriyalarında aparılan xidmətlərdə riskləri qiymətləndirmək və onların mənfi təsirlərini buraxıla bilən səviyyədə saxlamaq.

- laboratoriya xidməti sahəsində müştərilərin məmnunluğunun təmini,

- qanunların və normativ sənədlərinin tətbiqinin təmini,

- kadrların səriştəliliyinin təmini,

- maraqlı tərəflərlə (müştərilər, təchizatçılar, podratçılar, dövlət orqanları və s.) qarşılıqlı səmərə əsasında işləmək,

- riskləri qiymətləndirmək və onların mənfi təsirlərini imkan verilə bilən səviyyədə saxlanmasını təmini,

- Laboratoriyalarda materiallardan və texnoloji avadanlıqlardan səmərəli istifadəni təmini,

- və öz fəaliyyət sahələri üzrə regionda lider olmalarını nümayiş etmək.

 

“İSO/İEC 17025:2017 Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər” standartı haqqında iştirakcıları məlumatlandırmaq, laboratoriyalar üzrə qanunvericiliyin və idarəetmə sisteminin sənədlərinin işlənilməsini, tətbiqini, davamlı olaraq yaxşılaşdırılması üzrə nəzəri biliklərin və praktiki bacarıqların öyrədilməsi.

Təlim proqramının sonunda iştirakçılar arasında müvafiq beynəlxalq standartın tələblərinə uyğun testlər keçirilir və uğurlu nəticələr əldə edən şəxslərə beynəlxalq akkreditasiyadan keçmiş orqanının, digərlərinə isə iştirakçı sertifikatları təqdim edilir.

 

Qeydiyyat üçün əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri - Saday Əliyev, (+994 12) 514 96 03 (dax tel: 115)

E-mail:office@azstand.gov.az

s.aliyev@azstand.gov.az

mob:+994 50 312 15 49

 

Tarix:

9 Avqust, 2022