ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

ISO/IEC 27001:2022 “İnformasiya təhlükəsizliyinin idarəetmə sisteminə olan tələblər” baş auditor təlimi keçiriləcək
18 İyun, 2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) “Təlim-tədris Mərkəzi - İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanı” tərəfindən 14-17 iyul 2025-ci il tarixlərində ISO/IEC 27001:2022 beynəlxalq standartı üzrə təlim keçiriləcək.

Təlimin məqsədi iştirakçıların aşağıdakı sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirməkdir:

  • Müəssisələrdə informasiya təhlükəsizliyinin qanunvericilik aktları və normativ-texniki sənədlərin tələblərinə uyğun təmin  edilməsi;
  • Risklərin qiymətləndirilməsi və onların mənfi təsirlərinin idarəolunan səviyyədə saxlanılması;
  • İnformasiya təhlükəsizliyi üzrə risklərin effektiv idarə edilməsi, informasiyanın real təhlükələrdən mühafizəsi üzrə adekvat tədbirlərin görülməsi;
  • Təhlükəsizliyə təsir göstərən amillərə nəzarət edilməsi;
  • İnformasiya təhlükəsizliyi idarəetmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsı.

Beynəlxalq  ISO standartlarının tətbiqi tədarükçülər və sifarişçilərlə qarşılıqlı səmərə əsasında fəaliyyətə, normativ-texniki sənədlərin və qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, kadrların səriştəliliyinin artırılmasına, infrastrukturun işçi vəziyyətdə saxlanılmasına, uyğunsuzluqların idarə olunmasına, idarəetmə sisteminin təkmilləşdirilməsinə və sifarişçilərin məmnunluğunun artırılmasına imkan yaradacaq.

Təlimin sonunda imtahandan uğurla keçən iştirakçılara müvafiq sertifikat təqdim ediləcək. Digər şəxslərə isə iştirakçı sertifikatı veriləcək.

Qeydiyyat üçün əlaqələndirici şəxs:

İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri - Saday Əliyev,

Telefon: (+994 12) 514 96 03 (daxili: 115); +994 50 312 15 49

E-mail: office@azstand.gov.az 

s.aliyev@azstand.gov.az 

 

 

 

Tarix:

18 İyun, 2025