Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən Cənubi Afrika Respublikasının Johannesburq şəhərində Cənubi Afrika Standartlar Bürosu (SABS) ilə birlikdə Liderlik və İdarəetmə İnkişaf Proqramı üzrə regional təlim təşkil olunub.
İSO üzvləri olan Afrika, Avropa və Orta Asiya dövlətlərinin Milli Standartlaşdırma Qurumlarının (MSQ) nümayəndələri üçün nəzərdə tutulan təlimdə Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi də iştirak edib.
Cari ilin 07-11 noyabr tarixlərində keçirilən təlimin məqsədi ISO-nun strategiyası, qərar qəbuletmə prosesləri, idarəetmə strukturları və digər biliklərin təkmilləşdirilməsi, ISO-nun üzvləri olan Milli Standartlaşdırma Qurumlarının rəhbər heyətinin liderlik bacarıqlarının inkişaf etdirilməsidir.
Həmçinin səfər çərçivəsində Cənubi Afrika Standartlar Bürosunda (SABS) görüş keçirilib, SABS-ın fəaliyyət istiqamətləri üzrə təcrübə öyrənilib və gələcək əməkdaşlıq mövzuları müzakirə edilib.