ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

İxrac məhsullarının sertifikatlaşdırılmasına dair beynəlxalq tələblər mövzusunda seminar təşkil olunub
26 Oktyabr, 2023

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND), Türkiyə Standartlar İnstitutu (TSE), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə “İxrac məhsullarının sertifikatlaşdırılmasına dair beynəlxalq tələblər” mövzusunda seminar (tədbir) təşkil olunub.

Seminarda Avropaya ixrac potensialı, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək mexanizmləri, ixracın inkişafı, ixrac məhsullarının rəqabət qabiliyyətinin artırılması, beynəlxalq bazarlara çıxış imkanları və ticarətin asanlaşmasında standartların rolu barədə müzakirələr aparılıb. Tədbir çərçivəsində TSE-nin nümayəndəsi Avropaya ixracda CE və Körfəz ölkələrinə ixracda G markalanması sahəsində tələblər və sertifikatlaşdırma proseduraları barədə təqdimatla çıxış edib. Seminarın sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. 
Seminarda Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidməti, Türkiyə Standartlar İnstitutu, təşkilatçı qurumların, həmçinin Azərbaycandakı ixracatçı müəssisələrin nümayəndələri iştirak ediblər.

Qeyd: “İxrac məhsullarının sertifikatlaşdırılmasına dair beynəlxalq tələblər” mövzusunda seminar “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya”nın 10-cu iclasının Protokoluna əsasən qəbul edilmiş Fəaliyyət Planının icrası çərçivəsində həyata keçirilib. 

 

 

Tarix:

26 Oktyabr, 2023