ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

"İxrac strategiyasının hazırlanmasında və tətbiq edilməsində Azərbaycan Dövlətinə dəstək" layihəsi çərçivəsində görüş keçirildi.
2 Mart, 2022

25 fevral 2022-ci il tarixində "İxrac strategiyasının hazırlanmasında və tətbiq edilməsində Azərbaycan Dövlətinə dəstək" layihəsi çərçivəsində strateji planın tətbiqi üçün yol xəritəsinin hazırlanması məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin (AZSTAND) rəhbərliyi, struktur bölmə rəhbərləri və layihənin Keyfiyyət İnfrastrukturu üzrə əsas eksperti və yerli eksperti ilə görüş keçirilmişdir.

Görüşdə Keyfiyyət infrastruktur sisteminin beynəlxalq səviyyədə tanınmasını təmin etmək məqsədi ilə hazırlanmış Strateji Planın layihəsi təqdim olunmuşdur. Bununla yanaşı, görüş zamanı Strateji Planın tətbiqi üçün hazırlanmış Yol Xəritəsinin təqdimatı nümayiş etdirilmişdir.

 

Tarix:

2 Mart, 2022