ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

"İxrac strategiyasının hazırlanmasında və tətbiq edilməsində Azərbaycan Dövlətinə dəstək" layihəsi çərçivəsində görüş keçirildi.
9 İyul, 2021

"İxrac strategiyasının hazırlanmasında və tətbiq edilməsində Azərbaycan Dövlətinə dəstək" layihəsi çərçivəsində strateji planın tətbiqi üçün yol xəritəsinin hazırlanması məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin (AZSTAND) rəhbərliyi, struktur bölmə rəhbərləri və layihənin Keyfiyyət İnfrastrukturu üzrə əsas eksperti və yerli ekspert ilə görüş keçirilmişdir.
Görüşdə Keyfiyyət infrastruktur sisteminin beynəlxalq səviyyədə tanınmasını təmin etmək məqsədi ilə lazımlı addımlar üçün Strateji Planın hazırlanması və Strateji Planın tətbiqi üçün ətraflı məlumatı olan yol xəritəsinin yaradılmasına dair AZSTAND –ın məsul nümayəndələri tərəfindən hazırlanan yoxlama vərəqələri müzakirə edildi.

 

Tarix:

9 İyul, 2021