Kənd təsərrüfatı sahəsində istifadə edilən kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, suvarma sistemləri dəsti, alətlər və digər istehsal vasitələri üzrə ölkədə yeni standartların işlənib hazırlanması, onlara dair minimum təhlükəsizlik və keyfiyyət tələblərinin fomalaşdırılmasını və bu istiqamətdə standartlaşdırmanın müasir tələblərə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını təmin etmək, həmçinin kənd təsərrüfatı istehsal vasitələrinin yerli səviyyədə istehsalının tənzimlənməsi və həmin texnika, texnoloji avadanlıq, alətlər və digər istehsal vasitələr üzrə uyğunluğun qiymətləndirilməsi prosedurunun həyata keçirilməsi üçün normativ sənədlər bazasının yaradılması, eləcə də aqrotexniki işlərin səmərəliliyin yüksəldilməsi və ölkə ərazində müasir tələblərə cavab verən innovativ kənd təsərrüfatı texnikalarının və texnoloji istehsal vasitələrinin tətbiqinin genişləndirilməsi imkanlarının inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin bazasında "Kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqları, suvarma sistemləri dəsti və alətləri"nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 41) yaradılıb.
Sözügedən Texniki Komitənin (AZSTAND/TK 41) tərkibi Azərbaycan Dövlət Aqrar Universiteti, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ, “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Texnologiya Universiteti, Aqroservis ASC-AzDMSS, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin nümayəndələrindən olan yüksək bilik və təcrübəyə malik alim və mütəxəssislərindən təşkil olunub.