ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Keyfiyyət üzrə baş auditor təlimi keçirilib
18 Avqust, 2023

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” beynəlxalq standartı üzrə baş auditor statusunun əldə edilməsi məqsədilə təlim keçirilib.

Beş gün davam edən təlimdə Azərbaycan Standartlaşdırma İnstitutu, “Azər-Türk Bank” ASC, “Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC “, “Mətanət A” şirkəti və digər qurumların nümayəndələri iştirak edib.

Təlimin məqsədi dövlət və qeyri-dövlət müəssisələrində iş fəaliyyətinin, keyfiyyətin idarə edilməsi prosesinin beynəlxalq standartın tələblərinə uyğun təşkil edilməsi, bu sahədə audit proqramının hazırlanması və həyata keçirilməsi üzrə ölkədə kadr potensialının inkişaf etdirilməsi olub.

Sonda təlimin mövzusu üzrə təşkil olunmuş imtahanda uğur əldə edən iştirakçılara Sertifikatlaşdırılmış Auditorların Beynəlxalq Reyestri (IRCA - International Register of Certificated Auditors) təşkilatında qeydiyyata alınan baş auditor sertifikatları təqdim olunub.

 

Tarix:

18 Avqust, 2023