30 avqust – 1 sentyabr 2022-ci il tarixlərində Tvinninq layihəsi çərçivəsində Almaniya Standartlar İnstitutunun (DİN) eksperti tərəfindən «Kiçik və orta biznes (KOB) üçün standartlaşdırmanın faydaları» mövzusunda hibrid formada seminar keçirilmişdir. Seminarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin, Azərbaycan Akkreditasiya Mərkəzinin (AZAK), SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun mütəxəssisləri əyani şəkildə və zoom vasitəsilə iştirak etmişdirlər.
Seminar çərçivəsində DİN-in KOB-la əlaqələri, DİN tərəfindən onlarla işlərin necə qurulduğu, maliyyə mexanizmləri, WİPANO layihəsi və digər yanaşmalar haqqında məlumat verildi.
Seminarın gedişində seminarın iştirakçılarına KOB-un Standartlaşdırma fəaliyyətindən gözləntiləri, habelə AZSTAND-ın onlara verəcəyi faydaları haqqında interaktiv şəkildə təlim keçirildi və KOB-la əməkdaşlığın artırılması üçün tövsiyələr verildi.