ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Kosmetika vasitələrinə dair yeni standart qəbul edilib
14 Mart, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO 22716:2023 “Kosmetika – Yaxşı istehsal təcrübələri (GMP) – Yaxşı istehsal təcrübələrinə dair təlimatlar”  dövlət standartdı qəbul edilib.

Dövlət standartı Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilin əvvəlində təsdiqlənən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələrək hazırlanıb.

Bu standart özündə kosmetika vasitələrinin istehsalı, nəzarəti, saxlanması və daşınması üzrə təlimatları ehtiva edir.

8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qəbul edilən dövlət standartı xanımların yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən kosmetika məhsulları ilə təmin edilməsinə şərait yaradacaq.

Tarix:

14 Mart, 2023