ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Maşınla yığılmış xam pambıq üzrə dövlət standartı qəbul edilib
3 Oktyabr, 2022

Azərbaycan Standartlaşdırma İnstitutu AZS 920:2022 “Maşınla yığılmış xam pambıq. Texniki şərtlər” dövlət standartını təsdiq edib. Yeni standart pambıqçılıq sahəsində yeni texnika və texnologiyaların tətbiqi, pambıq məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixracının artırılması, pambıqçılığın elmi təminatının yaxşılaşdırılması, maşınla yığılan xam pambıq məhsullarının keyfiyyət və texniki göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə hazırlanıb.

Standart layihəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun bazasında təsis olunmuş “Pambıqçılıq sənayesi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 38) təqdimatı əsasında təsdiq edilib.

Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxs kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına  əsasən  təsis edilib. Milli standartlaşdırma qurumu olaraq standartların hazırlanması, qəbulu və ləğv edilməsi, Dövlət Standartlar Fondunun idarə edilməsi, texniki tənzimləmə və standartlaşdırma üzrə normativ sənədlərin reyestrinin aparılması, standartlaşdırma üzrə Texniki Komitələrin fəaliyyətinin əlaqələndirilməsi, uyğunluğun qiymətləndirilməsi istiqamətində (sertifikatlaşdırma və laborator sınaqlar) fəaliyyət növlərini həyata keçirir. AZSTAND Beynəlxalq Standartlaşdırma Təşkilatında (ISO) tamhüquqlu üzvdür. Eyni zamanda Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) Müxbir ölkələr proqramında (Affiliate Country Program) iştirak edir, Avropa Standartlaşdırma Təşkilatında (CEN) Tərəfdaş standartlaşdırma orqanı (CSB) statusunda təmsil olunur.

 

Tarix:

3 Oktyabr, 2022