Hazırda Koronavirus (COVID-19) infeksiyasının dünyada tüğyan etməsi bizim ölkəmizədə təsirsiz keçməmiş və fəaliyyətimizin ayrı-ayrı sahələrində risklər yaratmışdır. Ehtimal olunan risklərin təsirinin minumuma endirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən mərhələli tədbirlər görülmüş və ümid edirik ki, yaxın gələcəkdə bu tədbirlər öz müsbət nəticəsini verəcəkdir.
Eyni zamanda cari ildə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsində fəaliyyətinin ayrı-ayrı sahəlində də problemlər yaranmış və bu problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülmüşdür.
Belə ki, ölkədə ayrı-ayrı sahələrdə işləyən mütəxəssislərin peşəkarlığını və səriştəliliyini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq üçün təlimlərin canlı keçirilməsi mümkün olmadığından, bu təlimlərin online formatda keçirilməsi planlaşdırılmış və 16-19 iyun 2020-ci il tarixlərində İSO 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər” mövzusunda, 22-25 iyun 2020-ci il tarixlərində isə “İSO/İEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” mövzusunda təlimlərin keçirilməsi planlaşdırılmış və keçirilməsi təşkil olunmuşdur.
“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununa əsasən standartlaşdırma üzrə milli orqan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarının və Strateji Yol Xəritələrinın müvafiq bəndlərini təmin edilməsi üçün Respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlara kömək göstərmək məqsədilə İSO standartları əsasında davamlı olaraq online formatda təlimlərin keçirilməsini planlaşdırır.