ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Meyvə və çay bitkilərinin becərilməsi üzrə yeni dövlət standartı qəbul edilib
8 Sentyabr, 2022

Azərbaycan Standartlaşdırma İnstitutu ölkə ərazisində meyvəçilik və çayçılıq məhsullarının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində AZS 916:2022 “Meyvə, giləmeyvə, subtropik, qərzəkli meyvə bitklərinin və çay bitkisinin əkin materialı. Texniki şərtlər” dövlət standartını təsdiq edib.

Yeni standart sözugedən məhsulların əkin materiallarının istehsalına, toxum və vegetativ üsulla çoxalan meyvə bitkilərinin calaqaltılarına, çay tinglərinin və sitrus meyvə bitkiləri tinglərinin keyfiyyətinə qoyulan tələbləri müəyyənləşdirəcək və onların keyfiyyəti haqqında dəqiq informasiyanın əldə edilməsini təmin edəcək.

Standart layihəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun bazasında təsis olunmuş “Meyvəçilik, suptropik bitkilər və çayçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında təsdiq edilib.

Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxs kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına  əsasən  təsis edilib. Milli standartlaşdırma qurumu olaraq standartların hazırlanması, qəbulu və ləğv edilməsi, Dövlət Standartlar Fondunun idarə edilməsi, texniki tənzimləmə və standartlaşdırma üzrə normativ sənədlərin reyestrinin aparılması, standartlaşdırma üzrə Texniki Komitələrin fəaliyyətinin əlaqələndirilməsi, uyğunluğun qiymətləndirilməsi istiqamətində (sertifikatlaşdırma və laborator sınaqlar) fəaliyyət növlərini həyata keçirir. AZSTAND Beynəlxalq Standartlaşdırma Təşkilatında (ISO) tamhüquqlu üzvdür. Eyni zamanda Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) Müxbir ölkələr proqramında (Affiliate Country Program) iştirak edir, Avropa Standartlaşdırma Təşkilatında (CEN) Tərəfdaş standartlaşdırma orqanı (CSB) statusunda   təmsil olunur.

 

Tarix:

8 Sentyabr, 2022