ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

"Meyvəçilik, suptropik bitkilər və çayçılıq məhsulları"nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 25 ) standart layihələrinin müzakirəsinə dair onlayn iclas keçirilib
15 Yanvar, 2021

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliynin  AEİM-nin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu Azərbayan Standartlaşdırma İnstitutu ilə birgə "Meyvəçilik, suptropik bitkilər və çayçılıq məhsulları"nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 25 ) standart layihələrinin müzakirəsinə dair onlayn iclas keçirilib.

Azərbaycan Standartlaşdırma İnstitutunun 19 may 2020-ci il tarixli 202323400033 saylı əmri ilə yaradılmış "Meyvəçilik, suptropik bitkilər və çayçılıq məhsulları"nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 25) onlayn formatda iclası keçirilmişdir. İclasın gündəliyinə İSO beynəlxalq standartları əsasında işlənib hazırlanmış 2 standart layihəsinin müzakirəsi salınmışdır. İclasda Texniki Komitənin işləyib hazırladığı “Çay və çay məhsulları. Termin və təriflər” və “Meyvə, giləmeyvə, subtropik, qərzəkli meyvə bitkilərinin və çay bitkisinin əkin materialı” normativ sənədlərin layihələrinə dair fikir mübadiləsi aparılmış,  müəyyən rəy və təkliflər bildirilmişdir.

Tarix:

15 Yanvar, 2021