İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin bazasında “Mülki pilotsuz uçan aparatlar" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 42) təsis edilmiş, əsasnaməsi və strukturu təsdiq edilmişdir.
Texniki Komitənin yaradılmasında əsas məqsəd mülki aviasiya sahəsində istehsal olunan mülki pilotsuz uçan aparatlar üzrə dövlət standartlarının işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, onlara dair minimum təhlükəsizlik və keyfiyyət tələblərinin formalaşdırılmasından və bu istiqamətdə standartlaşdırmanın müasir tələblərə və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.
Sözügedən Texniki Komitənin (AZSTAND/TK 42) tərkibi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində olan “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” PHŞ-nin, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin, Milli Aviasiya Akademiyasının, AMEA “Elm və Texnologiya Parkı” MMC-nin, “INTELPRO” MMC-nin, “SINAM” MMC-nin, “ATG” MMC-nin, “LAS Dynamics” MMC-nin, “İdrak Texnoloji Transfer” MMC-nin, “DRONEE AERO” MMC-nin və “İNTEGRİS” MMC-nin yüksək bilik və təcrübəyə malik olan alim və mütəxəssislərindən təşkil olunub.