ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Naftalan nefti və ondan alınan məhsullar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 29) onlayn formada ilk iclası keçirilib
11 Avqust, 2020

Azərbaycan Standartlaşdırma İnstitutunun 29 iyul 2020-ci il tarixli 202323400049 saylı əmri ilə “Naftalan nefti və ondan alınan məhsullar” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 29) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Texniki Komitənin yaradılmasında əsas məqsəd Naftalan nefti  və ondan alınan məhsullarının stimullaşdırılması, bu sahə üzrə beynəlxalq standartlar əsasında yeni normativ sənədlərin layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yenilənməsindən və sonrakı istifadəsi ilə bağlı təhlillərin aparılmasından, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

Texniki Komitənin videokonfrans formatında ilk iclası keçirilib. İclasda Naftalan Şəhər İcra Hakimiyyətinin, FHN-nin, Səhiyə Nazirliyi, Azərbaycan Standartlaşdırma İnstitutu, Naftalan Müalicə və Sağlamlıq  mərkəzi  və digər dövlət və qeyri-dövlət strukturlarının nümayəndələri iştirak edib.

İclasda Naftalan nefti sahəsində texniki komitə ilə tanışlıq, fəaliyyəti strategiyası, fəaliyyət planı və Nativ Naftalan nefti üçün normativ sənəd müzakirə olunub.

 

Tarix:

11 Avqust, 2020