İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilmiş “Naftalan nefti və ondan alınan məhsullar” standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 29) növbəti iclası keçirilib.
İclasda AZSTAND, Naftalan şəhər İcra Hakimiyyəti, Naftalan Müalicə və Sağlamlıq Mərkəzi, Səhiyyə Nazirliyinin Respublika Epidemiologiya və Gigiyena Mərkəzi və Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi, “SOCAR Downstream Management” MMC və digər şirkətlərin nümayəndələri iştirak ediblər.
Görüşdə Naftalan nefti istiqamətində görülən işlər, Texniki Komitənin fəaliyyət istiqaməti haqqında təkliflər və 2023-cü il üçün fəaliyyət planına daxil olan standartların qəbul edilməsi müzakirə edilib.
Həmçinin, Texniki Komitənin tərkibində dəyişikliklər edilərək yeni üzvlər qəbul edilib.