İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti arasında onlayn görüş keçirilib.
Görüşdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və səhiyyə sahəsində qabaqcıl standartların tətbiqi məsələləri müzakirə olunub. Bundan əlavə, tərəflər mövcud əlaqələr, əməkdaşlıq perspektivləri, tibb sahəsində müasir tələblərə cavab verən yeni standartların hazırlanması və tətbiqinə dair fikir mübadiləsi həyata keçiriblər.