ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

"Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar" standartlaşdırılması üzrə texniki komitənin (AZSTAND/TK 20) videokonfrans formatında növbəti iclası keçirilmişdir
3 Noyabr, 2021

3 noyabr 2021-ci il tarixində "Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar" standartlaşdırılması üzrə texniki komitənin (AZSTAND/TK 20) videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclasda AMEA-nın Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət Neft Şirkətinin, Neft-qaz Elmi Tədqiqat Layihə İnstitutunun nümayəndələri iştirak etmişdirlər.

İclasda texniki komitəyə yeni üzvlərin qəbul edilməsi barədə səs vermə keçirilmiş, АИС МГС (Standartlaşdırma, Mertologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şüra) tərəfindən işlənib hazırlanmış dövlətlərarası standarta Azərbaycan Respublikasının səsverməyə qoşulması və dövlət standartına dəyişikliklərin edilməsi müzakirə edilmişdir.

Tarix:

3 Noyabr, 2021