Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ASTM D4629:2022 “Şpris vasitəsilə oksidləşdirici yanma və xemilüminessent aşkarlanması ilə maye karbohidrogenlərdə azot izinin təyini üsulu” dövlət standartı qəbul edilib.
Standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bu dövlət standartı otaq temperaturunda 0,2 cSt və 10 cSt (mm2/s) arasında özlülükləri olan, təxminən 50 °C ilə 400 °C aralığında qaynayan maye karbohidrogenlərində təbii olaraq izi olan ümumi azotun təyinini ehtiva edir. Müəsissə və təşkilatların neft sınaq laboratoriyaları bu standartın potensial istifadəçiləridir.