İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ECE 39:2023 “Quraşdırılması daxil olmaqla spidometr (sürətölçən) və odometr (yürüşölçən) avadanlıqları ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”, AZS ECE 28:2023 “Mühərrikli nəqliyyat vasitələrinin səsli xəbərdarlıq cihazları və səs siqnalları ilə bağlı təsdiqinə dair vahid müddəalar”, AZS ECE 104:2023 “M, N və O kateqoriyalı nəqliyyat vasitələrinin işıqqaytarıcı markalanma materialının təsdiqinə dair vahid müddəalar “dövlət standartları qəbul edilib.
Bu standartlar avtonəqliyyat vasitələrinə və onların qoşqularına, habelə bu cür nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş sistemlərə, komponentlərə və ayrı-ayrı texniki qurğulara, onların ümumi təhlükəsizliyinə və nəqliyyat vasitəsinin sərnişinlərinin və həssas yol iştirakçılarının mühafizəsinə dair tələbləri müəyyən etmək məqsədinə uyğun olaraq AZS 865-2016 “Quraşdırılması daxil olmaqla sürət ölçmə mexanizmi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”, AZS 866-2016 “Səsli xəbərdarlıq cihazlarının və onların səs siqnalları ilə bağlı motorlu nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”, AZS 868-2016 “M, N və O kateqoriyalı nəqliyyat vasitələri üçün işıq qaytaran markalanmanın rəsmi təsdiqinə dair vahid göstərişlər” dövlət standartlarının əvəzinə işlənib hazırlanıb.
Standart layihələri “Yol nəqliyyatı” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.