ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Nəqliyyat vasitələrinin təhlükəsizlik şüşələrinə dair dövlət standartı qəbul edilib.
29 Dekabr, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 122:2023 “Yerüstü nəqliyyat vasitələri üçün təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” yeni dövlət standartı qəbul edilib.

Bu standart üzrə bütün makroiqlim rayonlarında istismar olunan yerüstü nəqliyyat vasitələrinin (avtomobil və yük maşınları, avtobus, trolleybus, qatarların vaqonları, tramvay, metropoliten, kənd təsərrüfatı, qaldırma, tikinti və tikinti-yol maşınları) təhlükəsizlik şüşələrinə dair tələbləri müəyyən edir.

AZS 122:2023 standartı AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələri üçün təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartının əvəzinə işlənib hazırlanıb.

Standart layihəsi “Yol nəqliyyatı” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.

Tarix:

29 Dekabr, 2023