ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırma üzrə texniki komitənin növbəti iclası keçirilib
9 Yanvar, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 43) növbəti onlayn iclası keçirilib.

İclasda AZSTAND, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Limanının nümayəndələri iştirak ediblər.

İclasda AZSTAND/TK 43-ün 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq işlənib hazırlanmış AZS 993 "Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər" dövlət standartı layihəsi müzakirə edilib. Sözügedən standartın qəbulu məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 43) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində yaradılıb. AZSTAND/TK 43 nəqliyyat və nəqliyyat infrastrukturuna dair minimum təhlükəsizlik və keyfiyyət tələblərinin formalaşdırılması, gəmiqayırma, aviasiya, dəmiryol üzrə standartlaşdırmanın müasir tələblərə uyğunlaşdırılması, həmçinin sahə üzrə uyğunluğun qiymətləndirilməsi prosedurunun həyata keçirilməsində normativ sənədlər bazasının yaradılması məqsədilə təsis edilib.

 

Tarix:

9 Yanvar, 2026