ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

OIC/SMIIC halal standartları əsasında sertifikatlar təqdim edilib
6 Dekabr, 2022

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Keyfiyyət Assosiasiyasının, Azərbaycan Akkreditasiya Mərkəzinin (AZAK) və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) əməkdaşlarına Türkiyə Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən OIC/SMIIC halal standartları əsasında keçirilmiş təlimlərin sertifikatları təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə keçirilən təlim Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Turkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) arasında halal akkreditasiya sahəsində Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.

Təlim zamanı halal qidalar üçün ümumi qaydalar, qida əlavələri və digər kimyəvi maddələr üçün ümumi tələblər, halal kosmetik vasitələr  üçün ümumi qaydalar və halal məhsullar üzrə test laboratoriyalarının ixtisasına dair tələblər barədə təqdimatlar edilib.

 

 

 

 

 

 

 

 

 

Tarix:

6 Dekabr, 2022