Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Turkiyə Respublikasının Halal Akkreditasiya Agentliyi arasında halal akkreditasiya sahəsində Anlaşma Memorandumu çərçivəsində OIC/SMIIC Halal Standartları üzrə Texniki Təlim başlandı.
23 -25 may 2002-ci il tarixində keçiriləcək təlim Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, Azərbaycan Akkreditasiya Mərkəzinin və Keyfiyyət Assosiasiyasının əməkdaşları üçün nəzərdə tutulub.
Təlimdə mövcud OIC/SMIIC Halal standartlarının tələblərinin izahı və tətbiqi, eyni zamanda halal sertifikatlaşdırma qurumuna olan tələblərin müzakirəsi də nəzərdə tutulmuşdur.