ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə 2021-2023-cü illər üçün Milli standartlaşdırma proqramı təsdiq edilib
16 May, 2021

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun 6.2-ci bəndinə əsasən “2021-2023-cü illər üçün Milli standartlaşdırma proqramı”nın layihəsi işlənib hazırlanmışdır. Sözügedən layihə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq olunmasına dair münasibət bildirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmuş və cavab məktubunda rəy və təkliflərinin olmadığı bildirilmişdir.

Strateji Yol Xəritələri və sahələr üzrə Dövlət Proqramlarından irəli gələn təkliflər, maraqlı tərəflərin (dövlət qurumları, biznes assosiasiyalar, təsərrüfat subyektləri və qeyri-hökumət təşkilatları) təklifləri, standartlaşdırma üzrə texniki komitələrin iş planları nəzərə alınmaqla “2021-2023-cü illər üçün Milli standartlaşdırma proqramı”nın layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 2123230400036 saylı, 22 aprel 2021-ci il tarixli Əmri ilə təsdiq edilmişdir.

Milli standartlaşdırma proqramı iki hissədən ibarətdir: İqtisadiyyatın bütün sferalarında müasir texnologiyaların və həllərin tətbiqinə nail olan, təhlükəsiz və keyfiyyətli (rəqabətqabiliyyətli) mal və xidmətlərin istehsalını təmin edən yeni standartların işlənib hazırlanması və müxtəlif sahələr üzrə ölkədə qüvvədə olan dövlət standartlarının dövri yoxlanılmasının həyata keçirilməsi.

2021-2023-cü illər üçün nəzərdə tutulan Milli standartlaşdırma proqramına işlənməsi üçün ümumilikdə 1098 normativ sənəd daxil edilmişdir. Onlardan 461-i beynəlxalq standartlara harmonizə olunmaqla işlənib hazırlanacaq yeni standartlar, 637-si isə dövri yoxlanılması nəzərdə tutulan standartlardır.

Milli standartlaşdırma proqramının təsdiq edilməsi milli standartlaşdırma sistemi üzrə işlər həyata keçirməklə yeni elmi nailiyyətləri özündə əks etdirən, vətəndaşların həyat və sağlamlığının, əmlakının və dövlət əmlakının qorunmasını,  ətraf mühitin mühafizəsini, ölkənin iqtisadi və ekoloji təhlükəsizliyinin təmin edilməsini, iqtisadiyyatın inkişafının stimullaşdırılmasını, ölkədə istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinin və istehlakçı məmnunluğunun artırılmasını, yerli məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin yüksəldilməsini təmin edən yeni normativ sənədlərin işlənib hazırlanmasına və qəbuluna şərait yaradacaqdır.

 

http://azstand.gov.az/upload/files/Milli%20Standartla%C5%9Fd%C4%B1rma%20Proqram%C4%B1%202021-2023(1).pdf

 

Tarix:

16 May, 2021