ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə ayrı-ayrı sahələr üzrə beynəlxalq standartların tələblərinə uyğun olaraq təlimlər keçirilmişdir
22 Aprel, 2022

Milli standartlaşdırma qurumu olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsi tərəfindən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının  2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tələblərinə əsasən və iqtisadi siyasətin prioritet istiqamətləri üzrə qəbul edilmiş Dövlət Proqramlarına dair müəyyən edilmiş tapşırıqlar üzrə qarşıya qoyulmuş hədəflər nəzərə alınmaqla ölkədə ayrı-ayrı sahələrdə işləyən mütəxəssislərin işinin səmərəli təşkili, peşəkarlığının və səriştəliliyinin artırılması, sahibkarların ekoloji məsələlər ilə bağlı maarifləndirilməsi, rüşvətxorluğa qarşı menecment sisteminin yaradılması, təşkilatlara sosial məsuliyyətlə bağlı təlimatlar verilməsi, peşə sağlamlığı və təhlükəsizliyi sahəsində göstəricilərin yaxşılaşdırılması məqsədi ilə önləyici tədbirlərin görülməsi, müştəri xidməti də daxil olmaqla, məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün şikayətlərin təhlili və qiymətləndirilməsi, laboratoriyalarda işin səriştəli şəkildə yerinə yetirilməsi və keyfiyyətli xidmət göstərilməsi məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun olaraq təlimlər təşkil olunur və həyata keçirilir.

Bununla əlaqədar olaraq 2022-ci ilin I rübü ərzində qeyd olunan şöbə tərəfindən müəyyən müəssisə və əməkdaşlara müvafiq standartlar əsasında təlimlər keçirilmişdir:

- 21-25.02.2022-ci il tarixlərində “Azərbaycan standartlaşdırma İnstitutu” PHŞ-nin, “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin, “Ləcheq Farm and Ditillery” MMC-nin, “Əmir Texniki Xidmətlər” MMC-nin mütəxəssislərinə və 1 nəfər fiziki şəxsə (ümumilikdə 9 nəfərə) İSO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” standartı əsasında təlim keçirilmişdir.

- 14-18.03.2022-ci il tarixlərində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşlarına və bir fiziki şəxsə İSO 45001:2018 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər” standartı əsasında təlim keşirilmişdir.

 

Tarix:

22 Aprel, 2022