Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” dövlət standartının layihəsi işlənib hazırlanmış və “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) tərəfindən təqdim edilmişdir.
Qəbul olunmuş yeni dövlət standartı Azərbaycan Standartlaşdırma İnstitutunun saylı 31 mart 2021-ci il tarixli 212323400030 saylı əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi 01 may 2021-ci il müəyyən edilmişdir.
AZS ISO 37001:2021 standartı rüşvətxorluğa qarşı idarəetmə sisteminin yaradılması, tətbiqi, həyata keçirilməsi, təhlili və təkmilləşdirilməsi üzrə tələbləri və təlimatları müəyyən edir.
Eyni zamanda bu sənəd yalnız rüşvətxorluq sahəsində istifadə edilə bilər. Sənəd təşkilatda rüşvətin qarşısını almağa, onu aşkar etməyə və ona reaksiya verməyə və rüşvətxorluğa qarşı qanunlarına və onun fəaliyyətində istifadə edilə biləcək könüllü öhdəliklərə uyğun hərəkət etməyə yardım etmək üçün hazırlanmış idarəetmə sisteminə dair tələblər təyin edir və təlimatlar təqdim edir.
İdarəetmə sahəsində yeni standartların qəbul edilməsində əsas məqsəd müəssisələrdə istehsal olunan məhsulların, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasının, istifadə olunan resursların optimallaşdırılmasının, səmərəliyin və istehlakçıların məmnunluğunun artırılmasının və s. təmin edilməsindən ibarətdir.