ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə bituma aid yeni dövlət standartları qəbul edilib
5 Sentyabr, 2022

Ölkədə istehsal olunan neft və əlaqəli məhsulların keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə AZS EN 12596:2022 “Bitum və bitumlu büzücülər. Dinamik özlülüyün vakuum kapillyar viskozimetr vasitəsilə təyini”, AZS EN 12607-1:2022 “Bitum və bitumlu büzücülər. Havanın və  istiliyin təsiri altında bərkiməyə qarşı davamlılığın  təyini” və AZS EN 1427:2022 “Bitum və bitumlu büzücülər. Yumşalma temperaturunun təyini. Halqa və kürə metodu”  dövlət standartları qəbul edilib.

AMEA-nın akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən işlənib hazırlanan və “Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar”ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 20) müzakirə olunan AZS EN 12596:2022 “Bitum və bitumlu büzücülər. Dinamik özlülüyün vakuum kapillyar viskozimetr vasitəsilə təyini”, AZS EN 12607-1:2022 “Bitum və bitumlu büzücülər. Havanın və  istiliyin təsiri altında bərkiməyə qarşı davamlılığın  təyini” və AZS EN 1427:2022 “Bitum və bitumlu büzücülər. Yumşalma temperaturunun təyini. Halqa və kürə metodu” dövlət standartları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilib.

Sözügedən dövlət standartları dinamik özlülüyün viskozimetr vasitəsilə və istiliyin təsiri altında bərkiməyə qarşı davamlılığını, yumşalma temperaturunu təyini  təyin edir. Elmi-tədqiqat institutlarının, neft emalı zavodlarının, ali məktəblərin tədris laboratoriyaları qeyd olunan dövlət standartının potensial istifadəçiləridir.

 

Tarix:

5 Sentyabr, 2022