ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə “Ekologiya ” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 09) yaradılıb
20 Avqust, 2020

Azərbaycan Standartlaşdırma İnstitutunun 12 avqust 2020-ci il tarixli 202323400055 saylı əmri ilə “Ekologiya” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 09) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Texniki Komitənin yaradılmasında əsas məqsəd ekologiya sahəsini tənzimləyən normativ sənədlərin layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yenilənməsindən və sonrakı istifadəsi ilə bağlı təhlilərin aparılmasından eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

“Ekologiya” standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 09) sədrliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirəcəkdir.

AZSTAND/TK 09-un strukturuna Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Milli Hidrometeorologiya Xidməti, Milli Geoloji Kəşfiyyat Xidməti, 11 saylı (Bakı) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Sudan istifadə sahəsində mütəxəssislər İctimai Birliyi, Sağlam həyata doğru Ekoloji İctimai Birliyi, Ekoleks Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi, Milli Ekoloji Proqnoz Mərkəzi və Qafqaz REM daxil edilmişdir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Tarix:

20 Avqust, 2020