ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə ətraf mühitin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
24 Oktyabr, 2025

Yeni dövlət standartının tətbiqi ekoloji proseslərin kompleks şəkildə öyrənilməsi, regional iqlim dəyişmələri və digər qlobal ətraf mühit problemlərinin ölkə əhalisinə və iqtisadiyyatına təsirinin təhlilinə dəstək göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 14015:2025 “Ətraf mühitin idarə edilməsi - Ətraf mühitin kompleks şəkildə araşdırılmasının qiymətləndirilməsi üzrə təlimatlar” (“Environmental management - Guidelines for environmental due diligence assessment”)  yeni  dövlət standartı qəbul edilib.

Bu dövlət standartı ətraf mühitin müxtəlif aspektlərini müəyyən edir, zərurət yarandıqda onların biznes nəticələrinə təsirini qiymətləndirmək məqsədilə kompleks şəkildə araşdırmalar üçün sistematik qaydalara dair təlimat təqdim edir.

Qeyd edək ki, yeni dövlət standartı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq beynəlxalq standartın autentik tərcüməsi əsasında hazırlanıb, “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 09) konsensus əsasında qəbul edilib və AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Tarix:

24 Oktyabr, 2025