ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə formal təhsildən kənar öyrənmə xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib
5 May, 2025

Yeni dövlət standartı qeyri-formal təhsil sahəsində xidmətlərin keyfiyyətini artıracaq, fərdi inkişaf imkanlarını genişləndirməklə cəmiyyətin təhsilə davamlı marağını və iştirakını stimullaşdıracaq.

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO 29993:2025Formal təhsildən kənar öyrənmə xidmətləri. Xidmətə dair tələblər yeni dövlət standartı qəbul edilib.

Yeni dövlət standartı ömürboyu təhsilin bütün növlərini əhatə etməklə, formal təhsildən kənar öyrənmə xidmətlərinə dair tələbləri müəyyən edir.

Bu standartın ölkədə tətbiqinin məqsədi formal təhsildən kənar öyrənmə xidmətlərinin təşkili prosesini beynəlxalq tələblərə uyğunlaşdırmaq, eyni zamanda keyfiyyətli və əlçatan öyrənmə imkanlarının təmin olunmasına şərait yaratmaqdır. 

“Keyfiyyət Assossiasiyası” İB tərəfindən işlənib hazırlanan standart layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirə edilib, konsensus əsasında qərar qəbul edilərək təsdiq edilməsi üçün AZSTAND-a təqdim olunub.

 

Tarix:

5 May, 2025