ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə idarəetmə sistemləri sahəsində yeni dövlət standartları qəbul olunmuşdur
31 Avqust, 2020

Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması və ölkədə qüvvədə olan idarəetmə sistemləri sahəsində normativ sənədlərin yenilənməsi məqsədi ilə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər”, AZS ISO/IEC 17025:2020  “Sınaq və kalibrlənmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər”, AZS ISO/IEC 17011:2020 “Uyğunluğun qiymətləndirilməsi. Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına dair ümumi tələblər” dövlət standartlarının layihələri işlənib hazırlanmışdır.  Dövlət standartlarının layihələri “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK08) müzakirəyə çıxarılmışdır.

Qəbul olunmuş yeni dövlət standartları Azərbaycan Standartlaşdırma İnstitutunun saylı 202323400062 saylı 27 avqust 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi 28 sentyabr 2020-ci il müəyyən edilmişdir.

İdarəetmə sahəsində yeni standartların qəbul edilməsində əsas məqsəd müəssisələrdə istehsal olunan məhsulların, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasının, istifadə olunan resursların optimallaşdırılmasının, səmərəliyin və istehlakçıların məmnunluğunun artırılmasının və s. təmin edilməsindən ibarətdir. 

Tarix:

31 Avqust, 2020