ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafına kömək məqsədilə standartlaşma üzrə yeni Texniki Komitələr yaradılıb
22 May, 2020

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan elmi-tədqiqat institutlarının bazasında aqrar sektora aid mövcud standartların təkmilləşdirilməsi, sözügedən sahələr üzrə qəbul olunmuş dövlət proqramlarının müvafiq bəndlərinin icra olunması üçün beynəlxalq standartların tələblərinə cavab verən yeni standartların işlənib hazırlanması, ekspertizasının aparılması, dəyişikliyin edilməsi, yoxlanılması məqsədi ilə Milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutunun müvafiq əmrləri ilə 6 (altı) yeni Texniki Komitə yaradılmış, əsasnamələri və strukturları təsdiq edilmişdir:

-  “Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 22) (19 may 2020-ci il tarixli 202323400031 nömrəli əmr);

- “Pestisitlər, bioloji preaparatlar və aqrokimyəvi maddələr”in standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 23) (19 may 2020-ci il tarixli 202323400030 nömrəli əmr);

- “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 24) (19 may 2020-ci il tarixli 202323400034 nömrəli əmr);

- “Meyvəçilik, suptropik bitkilər və çayçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 25) (19 may 2020-ci il tarixli 202323400033 nömrəli əmr);

- “Tərəvəz toxum-əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalının, emalının, saxlanmasının, daşınması”nın  standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 26) (19 may 2020-ci il tarixli 202323400032 nömrəli əmr);

- “Toxum və əkin materialları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 27) (19 may 2020-ci il tarixli 202323400029 nömrəli əmr).

Texniki Komitələrin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Tarix:

22 May, 2020