ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə “Naftalan nefti və ondan alınan məhsullar” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 29) yaradılıb
30 İyul, 2020

Azərbaycan Standartlaşdırma İnstitutunun 29 iyul 2020-ci il tarixli 202323400049 saylı əmri ilə “Naftalan nefti və ondan alınan məhsullar” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 29) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Texniki Komitənin yaradılmasında əsas məqsəd Naftalan nefti  və ondan alınan məhsullarının stimullaşdırılması, bu sahə üzrə beynəlxalq standartlar əsasında yeni normativ sənədlərin layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yenilənməsindən və sonrakı istifadəsi ilə bağlı təhlilərin aparılmasından eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

“Naftalan nefti və ondan alınan məhsullar” standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 29) sədrliyi Naftalan Müalicə və Sağlamlıq Mərkəzi həyata keçirəcəkdir.

AZSTAND/TK 29-un strukturuna Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyininin Respublika Epidemiologiya və Gigiyena mərkəzi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Naftalan şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, “Qətransız Naftalan məlhəmi” MMC, “Gözəl Naftalan” MMC, “Möcüzəli Naftalan İstirahət və Sağlamlıq Mərkəzi” MMC, “Naftalan Məlhəmi” MMC, “Abfarma” MMC, “Ağ Naftalan” MMC  daxil edilmişdir.

Texniki Komitənin tərkibinə bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Tarix:

30 İyul, 2020