ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə  neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib
20 May, 2025

Yeni dövlət standartlarının qəbulu mineral yağ tədarükçüləri və son istifadəçilərini təlimatlandıracaq,  o cümlədən neft və kimya sahəsində mövcud dövlət standartlarının təkmillləşdirilməsini təmin edəcək.

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 21791:2025 “МАС-30НК sintetik yağ. Texniki şərtlər”, AZS ГОСТ 23258:2025 “Plastik sürtkülər. Adlar və işarələr”, AZS ГОСТ 23652:2025 “Transmissiya yağları. Texniki şərtlər” və AZS ГОСТ 25821:2025 “Maye ПГВ. Texniki şərtlər” yeni dövlət standartları qəbul edilib.

Bu standartların tətbiqində məqsəd sürtkü yağlarının istehsalının genişləndirilməsi və onların təhlükəsizlik tələblərinin vahid norma və qaydalar əsasında müəyyənləşdirilməsindən ibarətdir. 

Qeyd edək ki, yeni dövlət standartları “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”in standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 34) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd: Yeni dövlət standartları “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.2.2-ci bəndinin icra edilməsi məqsədilə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Milli standartlaşdırma proqramının formalaşdırılması və ona dəyişiklik edilməsi qaydaları haqqında” 27 may 2024-cü il 285 nömrəli qərarına əsasən "Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə olan tələblər haqqında" milli texniki reqlamentin istinad standartlarının autentik tərcüməsi əsasında işlənib hazırlanıb.

 

 

 

 


 

Tarix:

20 May, 2025