Yeni dövlət standartının tətbiqi toxuculuq məmulatlarının istehlakı zamanı statik elektrikdən qorunma, yanğın təhlükəsizliyi, o cümlədən keyfiyyətə nəzarəti təmin etməyə imkan yaradacaq.
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 32995:2025 “Toxuculuq məmulatları. Elektrostatik sahə gərginliyinin ölçülməsi metodu” yeni dövlət standartı qəbul edilib.
Yeni dövlət standartının qəbulu toxuculuq məmulatlarında elektrostatik sahənin gərginliyinin ölçülməsi metodunu müəyyən etmək və daha yüksək keyfiyyətli məhsulların istehsalı məqsədini daşıyır.
Sözügedən standart “Tekstil sahəsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 45) konsensus əsasında qəbul edilib və AZSTAND tərəfindən Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, sözügedən dövlət standartı “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”na əsasən, “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında” milli texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi məqsədilə istinad standartı kimi qəbul olunub.