ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə toxuculuq sahəsində yeni dövlət standartları qəbul edilib
22 İyul, 2025

   Yeni dövlət standartları toxuculuq və iplik istehsalatında avadanlıqların ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən səs-küy emissiyalarının təyin edilməsi və səs-küyün yolverilən səviyyələrə uyğunluğunun qiymətləndirilməsi üçün nəzərdə tutulur.

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən  toxuculuq avadanlıqlarında səs-küy emissiya səviyyəsinin müəyyən edilməsi məqsədilə AZS ISO 9902-1:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 1: Ümumi tələblər”, AZS ISO 9902-2:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi – Hissə 2: Əyirmə üçün hazırlıq və əyirmə avadanlıqları”, AZS ISO 9902-3:2025 “Toxuculuq avadanlıqları – Səs-küy səviyyəsinin müəyyən edilməsi - Hissə 3: Toxunmamış məmulatların istehsalı avadanlıqları” AZS ISO 9902-4:2025 “Toxuculuq avadanlıqları - Səs-küy səviyyəsinin müəyyən edilməsi— Hissə 4: İpliyin emalı, kəndir və kanat istehsalı avadanlıqları”, AZS ISO 9902-5:2025 “Toxuculuq avadanlıqları - Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 5: Toxuculuq və trikotaj məmulatlarının ilkin emalı avadanlıqları”, AZS ISO 9902-6:2025 “Toxuculuq avadanlıqları — Səs-küy səviyyəsinin müəyyən edilməsi – Hissə 6: Parça istehsalı avadanlıqları”, AZS ISO 9902-7:2025 “Toxuculuq avadanlıqları - Səs-küy səviyyəsinin müəyyən edilməsi — Hissə 7: Boyama və işləmə avadanlıqları” yeni dövlət standartları qəbul edilib.

Yeni dövlət standartlarının tətbiqində məqsəd toxuculuq məmulatlarının istehsalı zamanı avadanlıqların səs-küy emissiyası göstəricilərinin müəyyən edilməsinin təmin olunmasıdır. Bu isə ölkədə toxuculuq sahəsində avadanlıqların ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən səs-küy emissiyalarının qarşısını almağa imkan yaradacaq.

Standartlar “Tekstil sahəsi” Standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 45) tərəfindən konsensus əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd edək ki, sözügedən standartlar Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nin icrası məqsədilə istinad standartları kimi qəbul edilib.

 

 

Tarix:

22 İyul, 2025