ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə “Turizm və əlaqədar xidmətlər ” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 06) yaradılıb
27 Fevral, 2020

Azərbaycan Standartlaşdırma İnstitutunun 24 fevral 2020-ci il tarixli 2023230400024 saylı əmri ilə “Turizm və əlaqədar xidmətlər ” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 06) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Texniki Komitənin yaradılmasında əsas məqsəd ölkənin ən prioritet sahələrindən biri hesab edilən turizm sahəsini tənzimləyən normativ sənədlərin layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlillərin aparılmasından eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

“Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 06) sədrliyi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi həyata keçirəcəkdir.

AZSTAND/TK 06-nın strukturuna Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Hotel Assosiasiyası (AHA), Azərbaycan Bələdçilər Assosiasiyası(ABA) və Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) daxil edilmişdir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Tarix:

27 Fevral, 2020