ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə zərgərlik məmulatları və qiymətli metallara dair dövlət standartları qəbul edilib
5 Dekabr, 2024

   Yeni dövlət standartının tətbiqi müəssisə və təşkilatlara zərgərlik məlumatlarının yoxlanılması və sınaqdan keçirilməsi imkanı yaradacaq, həmçinin istehsal zamanı məhsulların keyfiyyətini və rəqabətqabiliyyətliliyini artıracaq. 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 15093:2024 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı qızılın, platinin və palladiumun təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu”, AZS 960:2024 (TS 7000:2018) “Zərgərlik məmulatları – Qiymətli metallardan və onların ərintilərindən hazırlanmış məmulatlar”, AZS ГОСТ Р 52913:2024 “Brilyantlar. Təsnifat. Texniki tələblər”, AZS ГОСТ Р 70183:2024 “Cilalanmış təbii zümrüdlər (zərgərlik daşları). Təsnifat. Çeşidlənmə və dəyərləndirmə ilə bağlı tələblər” dövlət standartları qəbul edilib.

Sözügedən dövlət standartları zərgərlik məmulatları ərintilərinin və zərgərlik məmulatları əyarlarının yoxlanılması, təsnifatı, xüsusiyyətləri, nümunələrinin götürülməsi, sınaqdan keçirilməsi,  qiymətli metalların işarələnməsi və satışa çıxarılması, həmçinin qiymətli daşlar olan zümrüd və almazların təsnifatlaşdırılması və çeşidlənməsi məqsədilə qəbul edilib.

Yeni dövlət standartları “AzerGold” QSC tərəfindən maliyyələşdirilərək “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 36) müzakirə edilib, AZSTANDART tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 

Tarix:

5 Dekabr, 2024