ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Pestisidlər,bioloji preparatlar və aqrokimyəvi maddələr”in standartlaşdırılma üzrəTexniki Komitənin növbəti iclası keçirilmişdir.
13 Avqust, 2021

“Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr”in standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 23) 10 avqust 2021-ci iltarixli növbəti iclası keçirilmişdir.  İclasda Texniki Komitənin gündəliyinə 4 standart layihəsinin müzakirəsi salınmışdır. Texniki Komitənin sədri,  AzRKTN-nin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının direktoru Cəbrayıl Ağayev iştirakçıları salamladı.Texniki Komitənin üzvlərinə təqdim edilən standart layihələrinə bəzi əlavə və təkliflərini bildirildi. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin “Aqrar və qida sənayesinin standartlaşdırılması” şöbəsinin müdiri Bayram Əliyev çıxış edərək standart layihələri ilə tanış olduğunu və  AZS 1.2-96 (Dövlət standartlarının işlənmə qaydaları) və AZS 1.5-96 (Standartların tərtibi, şərhi, rəsmiləşdirilməsi və məzmununa olan ümumi tələblər”) tələblərinə uyğun gəlməsi üçün müəyyən düzəlişlər etməklə müzakirə olunan standart layihələrinin dövlət qeydiyyatına təqdim olunmasını  tövsiyə etdi.

Texniki Komitənin iclasında qeyd olunan iradlar nəzərə alındıqdan sonra sözügedən standart layihələri ayrı-ayrılıqda səsə qoyuldu və səsvermə nəticəsində “Kompleks üzvi-mineral gübrə”, “Ənənəvi çin təbabəti- qaz xromotoqrafiya üsulu ilə təbii məhsullarda pestisidlərin qalıq miqdarının təyin edilməsi”, “Fosfor- üzvü tərkibli pestisidlərin qalıq miqdarının təyin edilməsi. Qazoxromotoqrafiya üsulu” və  “Mühafizəedici geyimlər. Pestisidlə işləyənlərin mühafizəedici geyiminə istismar tədbirləri”nə dair standart layihələrinin dövlət qeydiyyatına alınmasına dair  Qərar qəbul edildi.

 

Tarix:

13 Avqust, 2021