Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun nəzdində təsis olunmuş “Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 23) növbəti iclası keçirilib.
İclas zamanı sözügedən Texniki Komitə tərəfindən AZS ГОСТ 31858 “İçməli su. Xlorüzvü pestisidlərin tərkibinin qaz-maye xromatoqrafiyası ilə müəyyən edilməsi metodu” yeni dövlət standart layihəsi müzakirə olunub və təsdiqi məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul edilib.
İclasın sonunda “AZSTAND/TK 23-ün tərkibində “Pestisidlər”, “Aqrokimyəvi vasitələr”, “Bioloji preparatlar və texniki vasitələr” adlı 3 alt komitənin yekun tərkibi təsdiq olunub.

