“Pestisidlər, Bioloji Preparatlar və Aqrokimyəvi maddələrin standartlaşdırılması” üzrə Texniki Komitənin (AZSTAND/TK 23) 05 aprel 2022-ci il tarixində növbəti iclası keçirilmişdir. İclasda Texniki Komitənin 2022-ci il fəaliyyət planına əlavə və dəyişikliklərin edilməsi, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin tətbiqi prosesinin tənzimlənməsi üzrə standartların hazırlanması, Azərbaycan Respublikasında gübrə istehsalında məhsulların istehsal proseslərinin tənzimlənməsi tədbirləri haqqında İSO, ГОСТ və TS bazasında milli standartların hazırlanması mövzuları ətrafında təkliflər müzakirə edilmişdir.