ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Pivə sənayesi”nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 40) yaradılıb.
24 Sentyabr, 2021

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 17 sentyabr 2021-ci il tarixli 212323400086 saylı Əmri ilə “Pivə sənayesi”nin standartlaşdırılması üzrə yeni Texniki Komitə (AZSTAND/TK 40) yaradılmış, əsasnaməsi və Strukturu təsdiq edilmişdir.

Texniki Komitənin yaradılmasında əsas məqsəd pivə məhsullarına dair  yeni standartlar layihələrinin işlənib hazırlanmasından, bu sahədə mövcud olan standartlara yenidən baxılması, dəyişiklik edilməsindən və həmçinin, müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir

“Pivə sənayesi”nin standartlaşdırılması üzrə Texniki Komitəyə (AZSTAND/TK 40) sədrliyi “Carlsberg Azerbaijan” MMC tərəfindən həyata keçiriləcəkdir.

AZSTAND/TK 40-ın strukturuna Azərbaycan Standartlaşdırma İnstitutu, Aysberq Xaçmaz pivə istehsalat müəssisəsi, Bakı- Praga MMC, “Carlsberg Azerbaijan” MMC, Salyan Brewery, Salyan Qida Məhsulları İstehsalat Kommersiya Şirkəti, Paulaner Bräuhaus BakuCost Controller daxil edilmişdir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər və ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Tarix:

24 Sentyabr, 2021