ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Qaz balonları - Balon klapanlarına dair dövlət standartı qəbul edilib.
25 Dekabr, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ISO 14246:2023 “Qaz balonları - Balon klapanları. İstehsal sınaqları və yoxlamaları” yeni dövlət standartı qəbul edilib.

AZS ISO 14246:2023 “Qaz balonları-Balon klapanları. İstehsal sınaqları və yoxlamaları” dövlət standartı doldurula bilən daşınan qaz balonlarına quraşdırılmaq üçün nəzərdə tutulmuş balon klapanlara, balon dəstəsi qurğuları üçün əsas klapanlara (kürə klapanları istisna olmaqla), təzyiq balonları və borular üçün klapanlara şamil edilir. Bu standart ISO 10297 üzrə istehsal edilmiş və sınaqdan keçirilmiş klapanların istehsal sınaqları və yoxlamaları üçün prosedurlara və qəbul meyarlarına dair tələbləri müəyyən edir. 

Standart layihəsi daha əvvəl rəy və təkliflərin bildirilməsi məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə, SOCAR-ın “Azəriqaz” İB-nə göndərilib və həmin qurumlarla rəsmi qaydada razılaşdırılıb. 

 

Tarix:

25 Dekabr, 2023