Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 2024-cü ilin 6 ayı ərzində qəbul edilən dövlət standartlarının sayında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək artım qeydə alınıb.
Yeni standartların qəbulu məhsul və xidmətlərin keyfiyyəti, uyğunluq və təhlükəsizlik göstəricilərinin artmasına töhfə verəcək.