ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Qeyri-ərzaq sahəsində istifadə olunan texniki reqlamentlərdə risklərin qiymətləndirilməsi metodları və uyğunluğun qiymətləndirilməsi modulları” üzrə seminar təşkil edilmişdir
15 Aprel, 2022

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları “Using synergies within the countries of Eastern Partnership in the field of Quality Infrastructure” (“Şərq Tərəfdaşlığı ölkələrində keyfiyyət infrastrukturu sahəsində sinerjinin istifadəsi”) layihəsi çərçivəsində Almaniyanın Milli Metrologiya İnstitutu (PTB) tərəfindən təşkil etdiyi “Qeyri-ərzaq sahəsində istifadə olunan texniki reqlamentlərdə risklərin qiymətləndirilməsi metodları və uyğunluğun qiymətləndirilməsi modulları” üzrə seminarda iştirak etmişdir.

Seminarda texniki tənzimləmənin tarixindən qısa xülassəsi, texniki reqlamentlər üzrə uyğunluğun qiymətləndirilməsində müxtəlif modulların istifadəsi, həmçinin risklərin qiymətləndirilməsi metodları haqqında ətraflı məlumatlar verilmişdir. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

 

 

 

 

 

Tarix:

15 Aprel, 2022